Ermənistanda jurnalistlərə hücum edilib

Ermənistanda jurnalistlərə hücum edilib
  14 Avqust 2017    Oxunub:1645
Ermənistanın Sevan bölgəsində "Azadlıq" radiosunun çəkiliş qrupuna hücum edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Narine Qaleçyan "Facebook" səhifəsində yazıb.

"Sevanda bizim avtomobilimizə hücum etdilər. İndi polisdəyik, nə baş verdiyini başa düşməyə çalışırıq. Biz səyyar benzin stansiyalarını çəkirdik, birdən kimsə içəridən üzərimizə hücum etdi və qaçmağa başladı. Maşından düşdüm. O, maşına ayağı ilə zərbə endirdi" -deyə jurnalist hadisəni xatırlayıb.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti