Moskvada böyük terrorun qarşısı alındı

Moskvada böyük terrorun qarşısı alındı
  14 Avqust 2017    Oxunub:1817
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktları törətməyi planlaşdıran terrorçu qrupu ələ keçirib.
AzVision.az-ın məlumatına görə, saxlanılan şəxslərin arasında partlayıcı maddələrin hazırlanması üzrə xüsusi ekspert və daha 2 potensial kamikadze olan İŞİD-çi var.

Qeyd olunub ki, qruplaşmaya 1 Rusiya vətəndaşı və 3 Mərkəzi Asiya ölkələri vətəndaşı daxil olub. Həmin şəxslərin nəqliyyat vasitələrində və Moskvada iri ticarət mərkəzlərində partlayışlar törətməsinin qarşısı alınıb.

Bundan başqa aparılan axtarış tədbirləri nəticəsində Moskva vilayətində partlayıcı maddələr və partlayıcı qurğu istehsalı üzrə laboratoriya aşkarlanıb.

AzVision.az



Teqlər: İŞİD   Rusiya   FTX  





Xəbər lenti