Bakıda “Qarabağ” izdihamı - Azarkeşlər bilet tapa bilmirlər (FOTOLAR)

Bakıda “Qarabağ” izdihamı - Azarkeşlər bilet tapa bilmirlər (FOTOLAR)
  14 Avqust 2017    Oxunub:17032
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri avqustun 12-dən satışa çıxarılıb. Artıq 2 gündür ki, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında izdiham yaşanır.
AzVision.az xəbər verir ki, azarkeşlər bilet almaq üçün səhər saatlarından növbə gözləyirlər. Bölgələrdən gələn “Qarabağ” fanatları oyunu izləmək üçün bilet tapa bilmirlər.

“Kassalarda ancaq 1 və 50 manatlıq biletlər var. Digər biletlər “qara bazar”da satılır. Orada isə qiymətlər bahadır. İki gündür növbə gözləyirik, amma bilet ala bilmirik”,- deyə azarkeşlər şikayətləniblər.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.





























Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Qarabağ   Kopenhagen  





Xəbər lenti