Qəbul imtahanlarına dair statistik göstəricilər
DİM-dən AzVision.az-a verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.
Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub.
Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:
Aytən Zəhra
AzVision.az