Çexiya XİN-in dövlət katibi Bakıya gəlib

Çexiya XİN-in dövlət katibi Bakıya gəlib
  14 Avqust 2017    Oxunub:1575
Azərbaycanda səfərdə olan Çex Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti