Ermənistanda rusiyalı hərbçi öldü - Yenilənib

Ermənistanda rusiyalı hərbçi öldü - Yenilənib
  14 Avqust 2017    Oxunub:5930
Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.

Göldə boğulan əsgər Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı Radmir Filipovdur.

Məlumat görə, rus əsgər dünən 2 əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb.

***

Erməni KİV-lərinin yaydığı məlumata görə, göldə cəsədi tapılan hərbçi Rusiyanın Başqırdıstan Respublikasının İçimbayski vilayətinin sakini olub. O, Ermənistanda yerləşən rus hərbi bazasında müqaviləli hərbi qullluqçu kimi xidmət edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Əsgər  





Xəbər lenti