Kim Çen In səfirləri geri çağırdı

Kim Çen In səfirləri geri çağırdı
  14 Avqust 2017    Oxunub:1387
Ölkə üzərinə artan beynalxalq təzyiq fonunda Şimali Koreya bir çox səfirlərini Pxenyana geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Renhap"agentliyi məlumat yayıb.

"Diplomatik tərkibdə görüş keçirmək üçün bir çox dövlətlərdə təmsil olunan səfirlər ölkəyə çağırılıb"- Şimali Koreya hökümətindəki mənbə agentliyə bildirib.

Geri çağırılan diplomatlar arasında bu ölkənin Çindəki səfiri Li Cje Ryon, Rusiyadakı səfiri Kim Hyon Cjun və BMT-dəki daimi nümayəndə Ca Son Nan da var.

Səidə Quliyeva
AzVision.az


Teqlər: Şimali-Koreya   Səfir  





Xəbər lenti