Hərbi qulluqçular Zəhranın 40 mərasimində - Fotolar
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı" sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib. Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərər çəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.
A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri: balaca Zəhranın xatirəsinə həsr olunmuş "Erməni təcavüzünün qurbanları: məsum körpələr" kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan "Məsum Zəhra" qısametrajlı sənədli filminin təqdimatı keçiriləcəkdir.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Erməni-təxribatı