Sabahdan boş qalan yerlərə ixtisas seçimi başlayır

Sabahdan boş qalan yerlərə ixtisas seçimi başlayır
  14 Avqust 2017    Oxunub:1247
Sabahdan ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
AzVision.az xəbər verir ki, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.

Hazırda Azərbaycanın ali məktəblərində 6423 yer boşdur. Boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmçinin, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti