Atatürkün əmanətini ABŞ-a satdılar - (VİDEO)

Atatürkün əmanətini ABŞ-a satdılar - (VİDEO)
  14 Avqust 2017    Oxunub:3592
Türkiyədə Atatürk Meşə Təsərrüfatı ərazisində yerləşən 37 min kvadratmetrlik sahə yeni səfirlik binasının tikilməsi üçün ABŞ-a satılıb.

AzVision.az “Sözcü”-yə istinadən xəbər verir ki, hazırda ərazidə tikinti-təmir işləri aparılır.
Memarlar İttifaqının Ankara Şöbəsi satış protokolunu istəsə də “kommersiya sirri” deyilərək rədd edilib.

Qeyd edək ki, Atatürk Meşə Təsərrüfatı 1925-ci ildə Mustafa Kamal Atatürkün göstərişilə yaradılıb. Ferma 1937-də Atatürk tərəfindən türk millətinə əmanət edilərək xəzinəyə bağışlanıb. Ərazi 1950-ci ildən sonra müxtəlif qurumlara satılıb.



AzVision.az



Teqlər: Türkiyə   Ankara   Atatürk  





Xəbər lenti