Türk restoranına hücum edilib - 17 ölü, 8 yaralı - (VİDEO)

Türk restoranına hücum edilib - 17 ölü, 8 yaralı - (VİDEO)
  14 Avqust 2017    Oxunub:1866
Burkina-Fasoda türk restoranına hücum edilib.
AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 17 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Həlak olanların və zərər çəkənlərin vətəndaşlığı dəqiqləşdirilməyib. Lakin qeyd edilib ki, onların arasında Türkiyə və Fransa vətəndaşları var.

Hadisə yerli vaxtla saat 21.30 baş verib. Cinayətkarlarla polis arasında atışma baş verdiyi deyilir.



AzVision.az


Teqlər: Restoran   Hücum  





Xəbər lenti