Türkiyə yenə silkələndi

Türkiyə yenə silkələndi
  14 Avqust 2017    Oxunub:1407
Türkiyənin Muğla əyalətində 4,3 bal gücündə zəlzələ olub.
"Anadolu" agentliyinin məlumatına görə, yerli vaxtla saat 19:35-də qeydə alınan yeraltı təkanların episentri Milas mahalında, ocağı isə 7 kilometr dərinliyində yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti