19 yaşlı gənc Kürdə boğulub - Yenilənib

20:49   13 Avqust 2017    Oxunub: 584

Samux sakini Kürdə boğulub.

AzVision.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbə ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az

Teqlər: FHN   Kür    




Rubrikanın digər yazıları