Xaricdə Amerika, bizdə Zaqatala... - FOTOREPORTAJ

Xaricdə Amerika, bizdə Zaqatala... - FOTOREPORTAJ
  13 Avqust 2017    Oxunub:23653
Zaqatala Azərbaycanda tütünün “vətəni” hesab olunur. Dünyada ən yaxşı tütünün Amerikada, ölkəmizdə isə Zaqatalada yetişdirildiyi deyilir. Tütünçülük Zaqatala rayonunda əsrlərboyu inkişaf edib. Təkcə 2017-ci ildə Zaqatalada 743 hektar sahədə tütün əkilib. İndiyədək sahələrdən 1400 tona yaxın yaş tütün kütləsi tədarük edilib.
Cari ilin birinci yarısında 7,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox tütün ixrac olunub.

Son illər tütünçülüyün inkişafına dair Dövlət Proqramının qəbul olunması və bir sıra sosial layihələrin həyata keçirilməsi bu sahədəki durğunluğun aradan qalxmasına səbəb olub. Belə ki, təsərrüfatlarda ətirli "Virciniya" tütün növlərinin əkilməsi, müasir texnologiyaların tətbiqi bölgə sakinləri arasında tütünçülüyə maraq oyadıb.

AzVision.az-ın fotoqrafı Elvin Abdullanın Zaqataladan hazırladığı fotoreportajı təqdim edirik:





















Qalereya




Teqlər: Zaqatala   Tütün  





Xəbər lenti