Nabranda 24 yaşlı qızın meyiti tapılıb

Nabranda 24 yaşlı qızın meyiti tapılıb
  13 Avqust 2017    Oxunub:3323
Fövqəladə Hallar Nazirliyinin(F HN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:50-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Nabran  





Xəbər lenti