Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı
  13 Avqust 2017    Oxunub:13761
Bu gün bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova AzVision.az-a açıqlamasında məlumatı təkzib edib.

"Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır" -deyə Şahnaz Şahbazova vurğulayıb.

Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Lütfi-Zadə  





Xəbər lenti