ABŞ-da qarşıdurma: Ölən və xeyli yaralı var

ABŞ-da qarşıdurma: Ölən və xeyli yaralı var
  13 Avqust 2017    Oxunub:1321
ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş vermiş toqquşmalar nəticəsində 1 nəfər ölüb.
"RİA Novosti"nin verdiyi məlumata görə, qarşıdurma zamanı azı 30 nəfər xəsarət alıb.

Etiraz aksiyaları Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun komandanı olan general Robert E.Linin şəhərdəki heykəlinin götürülməsindən sonra irqçi qruplar tərəfindən başlanılıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti