Yol polisi hamilə qadını və körpəsini xilas etdi - VİDEO

Yol polisi hamilə qadını və körpəsini xilas etdi  - VİDEO
  13 Avqust 2017    Oxunub:30629
Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.
Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görüb. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyib.

Hamilə qadını xəstəxanaya çatıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu deyib. Artıq dünyaya gələn qız uşağına qoyulacaq ad da bəllidir. Körpəyə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır. (ARB TV)



AzVision.az


Teqlər: Şəmkir   DYP   Yol-polisi  





Xəbər lenti