Trampın reytinqi artmağa başlayıb

Trampın reytinqi artmağa başlayıb
  12 Avqust 2017    Oxunub:1355
ABŞ prezidenti Donald Trampın reytinqi ona dəstək səviyyəsinin rekord dərəcədə aşağı düşdüyü keçən həftə ilə müqayisədə 6 faiz artıb.
TASS-ın məlumatına görə, bu barədə “Rasmussen Reports” tədqiqat xidmətinin sorğusunda öz əksini tapıb.

Sorğuya əsasən hazırda amerikalıların 45 faizi Trampın prezident postundakı fəaliyyətini müsbət qiymətləndirir. Halbuki keçən həftə bu göstərici 39 faizdən artıq deyildi.

Bununla yanaşı, respondentlərin 53 faizi onun siyasətini uğursuz hesab edir. Onlardan 44 faizi isə dövlət başçısının fəaliyyətindən qəti narazıdır.

Qeyd edək ki, tədqiqat 3 gün ərzində telefon vasitəsilə həyata keçirilib və sorğuda təxminən 1,5 min nəfər iştirak edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti