İşdən çıxarılan qadın özünü öldümək istədi

İşdən çıxarılan qadın özünü öldümək istədi
  12 Avqust 2017    Oxunub:1339
Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.
AzVision.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.

O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Tovuz   İntihar  





Xəbər lenti