“Sınıq Körpü”də sıxlıq aradan qaldırılıb - Yenilənib

“Sınıq Körpü”də sıxlıq aradan qaldırılıb - Yenilənib
  12 Avqust 2017    Oxunub:1716
Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.

Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.

***
(13:13)

Dövlət Gömrük Komitəsi (DGK) "Sınıq Körpü" gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.

Komitədən AzVision.az-a verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

DGK-nın aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.

AzVision.az


Teqlər: DGK   Sınıq-körpü  





Xəbər lenti