Gürcüstanda xüsusi əməliyyat - Cəfərov qardaşları həbs edilib

Gürcüstanda xüsusi əməliyyat - Cəfərov qardaşları həbs edilib
  12 Avqust 2017    Oxunub:1525
Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
Məlumata görə, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər. (APA)

AzVision.az


Teqlər: Gürcüstan   Həbs  





Xəbər lenti