“Avtovağzal”ın ətrafında yeni yol salınıb

“Avtovağzal”ın ətrafında yeni yol salınıb
  12 Avqust 2017    Oxunub:1296
Metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsi salınıb.
Bu barədə AzVision.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Yeni yol hissənin salınması metronun “Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, avtonəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq. Yeni yol hissəsinin ümumi uzunluğu 44 eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyada səkisi də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

Bakı şəhərində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş-gəlişini təmin etmək üçün kompleks tədbirlər davam edir.

AzVision.az


Teqlər: Avtovağzal   Azəravtoyol  





Xəbər lenti