Azərbaycanlı müəllim velosipedlə İstanbula getdi - VİDEO

10:43   12 Avqust 2017    Oxunub: 1276

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib.

Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir.

Abid İsmayılov (səyahətçi) : "Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm".

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir. (ARB TV)



AzVision.az

Teqlər: Müəllim   İstanbul    




Rubrikanın digər yazıları