Makronun reytinqi 36 faizə enib

10:06   12 Avqust 2017    Oxunub: 261

Prezident Emmanuel Makronun postunda ilk 100 günlük fəaliyyətini fransızların 36%-i dəstəkləyib.

Bu barədə “Ifop” xidmətinin “Le Figaro” qəzetinin sifarişi ilə apardığı sorğunun nəticəsində qeyd olunur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i Fransa prezidentinin fəaliyyətini müsbət, 64%-i isə mənfi kimi qiymətləndirib. Avqustun 7-9-da keçirilən sorğuda 1000 respondent iştirak edib.

Qeyd edək ki, mayda keçirilən ilk sorğuda E.Makron 62% müsbət rəy almışdı.

AzVision.az

Teqlər: Fransa   Makron    




Rubrikanın digər yazıları