Sabirabadda 6 otaqlı ev yanıb

09:00   12 Avqust 2017    Oxunub: 247

Sabirabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın    




Rubrikanın digər yazıları