Qazaxda reyd: gərgin anlar yaşandı - VİDEO

Qazaxda reyd: gərgin anlar yaşandı - VİDEO
  11 Avqust 2017    Oxunub:2693
Qazaxda 100-dən çox qanun pozucusu saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb.

Reyd zamanı saxlanılan sərxoş sürücülər özlərinə bəraət qazandırmaq istəsə də həkim yoxlamasından keçdikdən sonra onların sərxoş olduqları təsdiqləndi. Qanunu pozanlara qarşı yerindəcə izibati qaydada protokol tərtib olunub.

Sürücü: “Mənim formama bax. İşdən evə, evdən də işə gedirəm. Mən hara gedirəm ki, onu da taxam. Uzaq yol gedən də istifadə edirəm”.

Reyd zamanı polisin saxla əmrinə tabe olmayanlar da oldu. Sürücülər yola çıxarkən avtomobillərinin texniki nasazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu cür reydlər mütəmadi olaraq keçiriləcək. (ARB Tv)



AzVision.az


Teqlər: Qazax   DYP   Reyd  





Xəbər lenti