Neftimizin qiyməti 54 dolları keçib

10:22   11 Avqust 2017    Oxunub: 256

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 48,25 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar azalaraq 51,55 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar bahalaşaraq 54,12 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft   Birja    




Rubrikanın digər yazıları