Dəhşətli qəzada 36 nəfər ölüb

Dəhşətli qəzada 36 nəfər ölüb
  11 Avqust 2017    Oxunub:1237
Ötən axşam Çinin mərkəzində yerləşən Şensi əyalətində baş verən dəhşətli qəzada 36 nəfər ölüb, 13-ü isə yaralanıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə Pekin-Kunmin şürət yolunda bir sərnişin avtobusunun iştirakı ilə baş verib. İlkin ehtimala görə, avtobus bilinməyən səbəbdən tunelin girişindəki divara dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Çin   Qəza  





Xəbər lenti