Astarada dörd otaqlı ev yanıb

Astarada dörd otaqlı ev yanıb
  11 Avqust 2017    Oxunub:1026
Astarada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları 14 m2 və evin dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: Astara   FHN   Yanğın  





Xəbər lenti