Bakı-Sumqayıt qatarının hərəkəti bərpa edilib - Yenilənib

Bakı-Sumqayıt qatarının hərəkəti bərpa edilib - Yenilənib
  11 Avqust 2017    Oxunub:2956
Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

AzVision.az xəbər verir ki, qatar aşağı sürətlə Sumqayıt istiqamətində hərəkət edir.
Bələdçilər naratçılığa əsas olmadığını, texniki problemin aradan qaldırıldığını elan ediblər.

***

Bu gün saat 19:10 radələrində Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

AzVision.az-ın məlumatına görə, Sumqayıt istiqamətində hərəkətdə olan qatar Biləcəri stansiyasına çatmamış dayanıb.

Qatar 20 dəqiqədən çoxdur ki, gecikir. Bələdçilər sürət qatarında texniki problemin olduğu elan ediblər.

***

Əməkdaşımızın verdiyi məlumata görə, qatarda yaranan texniki problemi həll etmək üçün "28 May" stansiyasından kömək çağırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Bakı-Sumqayıt   Qatar  





Xəbər lenti