Prezidentdən tütünçülüyün inkişafı ilə bağlı sərəncam
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər görsün.
Kənd Təsərrüfatı Nazirliyinə məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılır.
İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
AzVision.az
Teqlər: Prezident Tütünçülük Sərəncam