Azərbaycan-San Marino oyununun biletləri satışda

Azərbaycan-San Marino oyununun biletləri satışda
  10 Avqust 2017    Oxunub:3526
2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.
AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VİP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino matçı saat 20:00-da başlayacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Azərbaycan   San-Marinao   Futbol  





Xəbər lenti