Arda Turan yenidən "Qalatasaray"da

17:17   10 Avqust 2017    Oxunub: 993

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı 1 illik icarəyə götürür.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Əldə olunan razılaşmaya əsasən, “Aslan” ulduz futbolçu üçün “Barselona” klubuna 2.5 milyon avro ödəyəcək.

Məlumata görə, Arda “Qalatasaray”da ilinə 3.8 milyon avro qazanacaq. Ardanın doğma klubunda 66 nömrəli formanı geyinəcəyi bildirilir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Arda-Turan   Qalatasaray   Barselona    




Rubrikanın digər yazıları