Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda 3 otaqlı ev yanıb
  10 Avqust 2017    Oxunub:1390
Sabirabad rayonunda ev yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Əsgərbəyli kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 25 kv.m talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti