Təlim təyyarəsi qəzaya uğrayıb

Təlim təyyarəsi qəzaya uğrayıb
  10 Avqust 2017    Oxunub:1158
Qazaxıstanda Mülki Aviasiya Akademiyasına məxsus “Texnam 2002” təlim təyyarəsi qəzaya uğrayıb.
"Interfax" agentliyinin məlumatına görə, hadisə yerli vaxtla saat 9:53-də baş verib. Almatı şəhərindən 43 kilometr məsafədə yerləşən “Azem” aeroportundan havaya qalxan təyyarə təlim tapşırığını yerinə yetirən zaman yerə çırpılıb.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. İnsident nəticəsində 2 nəfər - təlimçi-pilot və kursant həyatını itirib.

AzVision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti