Trampın böyüdüyü ev kirayə verilir - FOTO

Trampın böyüdüyü ev kirayə verilir - FOTO
  10 Avqust 2017    Oxunub:1490
ABŞ Prezidenti Donald Trampın uşaqlıqda yaşadığı ev kirayəyə verilir.
Trampın uşaqlıq illərini keçirdiyi ev daşınmaz əmlak saytlarının birində kirayəyə verilir. Günü 750 dollara təklif edilən ikimərtəbəli evdə 5 yataq, 3 vanna otağı var. Elanda bildirilir ki, bu ev Donald Trampın atası Fred tərəfindən tikilib. Associated Press xəbər verir ki, Paramount Realty USA şirkətinin nümayəndəsi elanın həqiqi olduğunu təsdiqləyib. Şirkət həmin evi bu ilin martında 2,14 milyon dollara satmışdı.

Elana görə, eyni zamanda 20 nəfərin yaşaya biləcəyi ev Nyu Yorkda yerləşir.





AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti