Məşhur futbolçuya qarşı sanksiya tətbiq edildi

Məşhur futbolçuya qarşı sanksiya tətbiq edildi
  10 Avqust 2017    Oxunub:1725
ABŞ Maliyyə nazirliyi narkomafiya ilə əlaqəli olduqlarına görə Meksikanın 42 şirkəti və 22 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Məlumata görə, onların arasında məşhur futbolçu Rafael Markesin də adı var.

Sanksiya siyahısına həmçinin tanınmış müğənni Xulio Sezar Alvares Montelonqo da düşüb.

“Hər iki şəxs narkokartelin başçısı Flores Hernandeslə uzunmüddətli münasibətlərdə, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan təşkilatlarla əlaqədə olmaqda günahlandırılır”, nazirliyin məlumatında vurğulanıb.

Meksika futbol tarixində ən yaxşı oyunçulardan biri kimi tanınan 38 yaşlı Rafael Markes “Monako” (1999-2003) və “Barselona” (2003-2010) kimi məşhur klublarda çıxış edib. Hazırda Meksikanın “Atlas Qvadalaxara” klubunun şərəfini qoruyur. (APA)

AzVision.az


Teqlər: Sanksiya  





Xəbər lenti