Göygöldə ağır qəza: Ölən və yaralılar var

Göygöldə ağır qəza: Ölən və yaralılar var
  09 Avqust 2017    Oxunub:1350
Göygöldə mikroavtobus qəzaya düşüb.
Hadisə Bakı-Qazax yolunun Göygöl rayon ərazisində keçən hissəsində baş verib. "VAZ-2107" marakalı avtomobillə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə zamanı mikroavtobusun sürücüsü Gəncə sakini, 1956-cı il təvəllüdlü Təvəkkül Səfər oğlu Qasımov ölüb. Onun sərnişini İveta Musa qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bundan başqa, "VAZ-2107"in sürücüsü, 1977-ci il təvəllüdlü Şöhrət Əli oğlu Quliyev, onun anası, 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva və oğlu, 2005-ci il təvəllüdlü Əli Şöhrət oğlu Quliyev yaralanıb. Daha bir nəfərin xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Göygöl   Qəza  





Xəbər lenti