Keçmiş baş həkim qəzada öldü - VİDEO

Keçmiş baş həkim qəzada öldü - VİDEO
  09 Avqust 2017    Oxunub:2106
Şəmkir-Gədəbəy yolunda ağır yol qəzası baş verib.
AzVision.az ARB 24-ə istinadən xəbər verir ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə "Niva"nın sürücüsü və sərnişini Rauf Şirinov və Zahid Şirinov həmçinin "Mercedes" də olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

O, Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qəzanın səbəbləri araşdırılır.



AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti