Tanınmış rejissor Kadırova qarşı - “Matilda” qalmaqalı

Tanınmış rejissor Kadırova qarşı - “Matilda” qalmaqalı
  09 Avqust 2017    Oxunub:1608
Rusiyalı rejissor Aleksey Uçitel “Matilda” filminin Çeçenistanda qadağan olunmasına münasibət bildirib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rejissor Çeçenistan lideri Ramzan Kadırova filmin qadağan edilməsinə görə iradlarını bildirib.
“Kadırov müstəqil şəxsdir. Əvvəlcə filmə baxsın, sonra qərar versin ki, “Matilda”nı Çeçenistanda göstərmək olar, yoxsa yox?! Kadırov və filmin digər əlehdarları eşitdikləri sözə inanmaqdansa, özləri baxıb görsünlər. Filmi o zaman qadağan etmək olar ki, filmdə qanunlar pozulsun. Ekspertlər və məsul şəxslər filmi izləyiblər. Bildiriblər ki, filmdə inanclı insanların hisləri təhqir olunmayıb”.

Qeyd edək ki, Kadırov Rusiyanın Mədəniyyət Nazirliyinə müraciət edərək rejissor Aleksey Uçitelin “Matilda” adlı filminin Çeçenistanda yayımlanmamasını xahiş edib.

Kadırov müraciətində bildirib ki, Çeçenistan Respublikasının ərazisində insanlar ölkənin çoxəsirlik tarixinə hörmətlə yanaşır, əcdadlarının yolunu davam etdirirlər.

“Biz gələcək nəsilə vətənimizin tarixinə hörmətlə yanaşmağı və əcdadlarımızın ənənələrini qorumağı öyrətməliyik. Filmdə insanların inancları, hissləri təhqir olunur. Rusiya xalqlarının tarixinə və inanclarına qarşı hörmətsizlik olunur”.

Şahanə Rəhimli
AzVision.az

Oxşar yazı - Məşhur film Kadırova görə qadağan olunacaq


Teqlər: Kadırov   Film  





Xəbər lenti