İsrail Qəzzaya raket zərbələri endirib

İsrail Qəzzaya raket zərbələri endirib
  09 Avqust 2017    Oxunub:1032
İsrail ordusu Qəzza zolağının şimalına raket zərbələri edindirib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Şəfa Xəstəxanasının rəsmisi Eymen Əs Sahbani yazılı açıqlamasında İsrailin hücumu nəticəsində 3 fələstinlinin yaralandığını bildirib.
Sahbani qeyd edib ki, yaralılardan birinin başına qəlpə dəyib və vəziyyəti ağırdır.

Şahidlərin sözlərinə görə, İsrail ordusuna aid döyüş təyyarələri Qəzzanın şimal bölgəsində əkin sahələrinə raket zərbələri endirib.

Hava hücumları zamanı ətrafdakı binalara ciddi ziyan dəyib.

"Jerusalem Post" qəzeti məlumatı təsdiqləyib. Qəzzada Həmasa aid iki binanın hədəfə alındığı və əməliyyatda ABŞ-dan alınan yeni "F-35" tipli döyüş təyyarələrinin istifadə edildiyi bildirilib.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: İsrail   Fələstin  





Xəbər lenti