Şimali Koreya ABŞ-a hücuma hazırlaşır – Sensasion plan

11:34   09 Avqust 2017    Oxunub: 1371

Şimali Koreya Sakit okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işləyir.

AzVision.az-ın məlumatına görə, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” xəbər yayıb.

“Reuters”in xəbərində isə qeyd olunur ki, Pxenyan adanı orta və uzun mənzilli raketlərlə vura bilər. Bu raketlərin “Hwasong -12” ola biləcəyi bildirilir.

Rəsmi Pxenyan tərəfindən mümkün hücuma qarşı Quam adasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, son günlər Pxenyam və Vaşinqton arasında münasibətlər xeyli gərginləşib. Şimali Koreya bəyan edib ki, heç bir halda nüvə silahlarını və ya balistik raketlərini müzakirə predmetinə çevirməyəcəklər. Həmçinin bu silahaları ABŞ-dan başqa heç bir ölkəyə qarşı istifadə etməyəcəklər. Şimali Koreyadan gələn bu təhdidə ABŞ prezidentini Donald Trampın reaksiyası isə daha sərt olub.

Tramp bəyan etmişdi ki, Pxenyanın nüvə sınaqlarını davam etdirdiyi təqdirdə dünyanın indiyə qədər görmədiyi “atəş və qəzəblə” cavab veriləcək.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: ABŞ   Şimali-Koreya    




Rubrikanın digər yazıları