Çində güclü zəlzələ - 9 ölü, 164 yaralı

Çində güclü zəlzələ - 9 ölü, 164 yaralı
  09 Avqust 2017    Oxunub:1168
Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində 9 nəfər ölüb, 164 nəfər xəsarət alıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gün yerli vaxtla 21:19-da yer səthindən 8 km dərinlikdə güclü təkanlar qeydə alınıb. Zəlzələ 20 mindən çox evə ziyan vurub.

Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox daha kiçik olan təkrar seysmik təkanlar qeydə alınıb.

AzVision.az


Teqlər: Çin   Zəlzələ  





Xəbər lenti