Çində böyük zəlzələ faciəsi

Çində böyük zəlzələ faciəsi
  09 Avqust 2017    Oxunub:1646
Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"RİA Novosti"-nin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 63 nəfər yaralanıb.

Sıçuan əyalətində yerləşən və təxminən iki min insanın olduğu mehmanxana zəlzələdən sonra qismən uçub, 500 adam təxliyə edilib.

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası isə zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.

AzVision.az


Teqlər: Çin   Zəlzələ  





Xəbər lenti