Bakıda 3 evdə yanğın olub

Bakıda 3 evdə yanğın olub
  09 Avqust 2017    Oxunub:965
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi isə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 35 kv.m sahədə və bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi 60 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları kv.40 m sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti