Biləsuvarda 3 otaqlı ev külə dönüb

Biləsuvarda 3 otaqlı ev külə dönüb
  08 Avqust 2017    Oxunub:976
Biləsuvarda yanğın faktı qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Biləsuvar   Yanğın   FHN  





Xəbər lenti