Bakıda mikroavtobus aşıb, yaralılar var

Bakıda mikroavtobus aşıb, yaralılar var
  08 Avqust 2017    Oxunub:1995
Bakıda yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb. Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib ki, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Qəza  





Xəbər lenti