"Türkmənistanla uğurlu əməkdaşlıq edirik" - İlham Əliyev

"Türkmənistanla uğurlu əməkdaşlıq edirik" - İlham Əliyev
  08 Avqust 2017    Oxunub:1494
"Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşündə çıxışında deyib.

Dövlət başçısı bildirib: "Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkmənistan  





Xəbər lenti