Xətainin nəvəsinin "Divan"ı Əlyazmalar İnstitutundadır

Xətainin nəvəsinin "Divan"ı Əlyazmalar İnstitutundadır
  08 Avqust 2017    Oxunub:1922
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu”Ddivan”ının surətini əldə edib.
AzVision.az xəbər verir ki, İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.

Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.

AzVision.az



Teqlər: Əlyazmalar-İnstitutu   Xətai  





Xəbər lenti